"Survivor 2020"nin çempionu Cemal Can Canseven müğənniliyə başlayıb.
Unikal.org xəbər verir ki, ötən gün ilk mahnısını studiyada yazdıran Cemal Cana, məşhur müğənni Mustafa Ceceli yardım edib.
Cemal Can"ın müğənni olmaq istəyi də "Survivor" yarışmasında yaranıb. Belə ki, yarışmada Acun Ilıcalının dəstəyi ilə ərsəyə gələn "Ünlülerle Anlat Bakalım" formatına telefonla qatılan Mustafa Ceceli, Cemal Cana sürpriz təkliflə müraciət edib.
Mustafa Ceceli Cemal Cana musiqi təhsili almasında köməklik edəcəyini söz verib. Sözünün üzərində dayanan Mustafa Ceceli, yaxın dostu, tanınmış prodüser Samsun Demirlə birlikdə Cemal Canla görüşüb və ilk musiqi albomu üzərində yaradıcılıq işi aparıblar.
Cemal Can ilk mahnısının hazırlıq prosesi və studiyadan olan kadrları da izləyiciləri ilə bölüşüb.