Adı son zamanlar voleybolçu Dərya Çayırganla hallanan məşhur türk müğənnisi Murat Dalkılıç od püskürdü.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni adına deyilən sevgi şayələrini inkar edib. "Yaxamı buraxın. Edəcəyim işdən məni soyudursunuz. Məlumatınız olsun ki, vəkilim haqqımda isbatlaya bilməyəcəyiniz xəbərləri, eləcə də “Instagram” və “Twitter” hesabımı nəzarətində saxlayır", - deyə müğənni sosial şəbəkə hesabında açıqlama verib.