Sara Əzimova Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının yenidən üzvü təyin edilib.
Unikal.org xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 2-də sərəncam imzalayıb.
Sərəncama əsasən, o, 4 il müddətinə bu vəzifəyə təyin olunub.
Qeyd edək ki, Sara Əzimova bundan əvvəlki 4 il müddətində də Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü olub