Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə bu gün axşam saatlarında Sumqayıt şəhəri, "Stansiya Sumqayıt" adlanan ərazidə naməlum şəraitdə itkin düşən 2010-cu il təvəllüdlü Davudov Yusif Bəhlul oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Bu barədə Unikal.org FHN-ə istinadən xəbər verir.
İlkin olaraq, Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu və polis əməkdaşlarının iştirakı ilə Y.Davudovun itkin düşdüyü ehtimal olunan ərazidə axtarış işlərinə başlanılıb. Uşağın Samur-Abşeron kanalına düşməsinə əsaslı şübhələr yarandığından Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.