Məşhur türk müğənnisi Seda Sayan qonaq olduğu verilişlərin birində uşaqlıq travmalarından danışıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni atası ilə bağlı suallara cavab verərkən "Bacım bağışlaya bilmir. Mən isə atamı bağışladım, amma məzarına gedə bilmirəm" - deyib. O, ailəsinə mütəmadi zülm və işgəncə verən atası haqqında uşaqlıqda evə gəlməməsi üçün dua etdiyini də dilə gətirib.