ABŞ Prezidenti Donald Tramp Aleksey Navalni hadisəsinə Vaşinqtonun mövqeyini açqlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Amerika prezidenti bildirib ki, rəsmi Vaşinqton Aleksey Navalni ilə bağlı vəziyyətə diqqətlə nəzarət edir.
“Düşünürəm ki, Navalni ilə bağlı vəziyyəti çox ciddi araşdırmalıyıq. Və düşünürəm ki, bunu edəcəyik”, - deyə Tramp açıqlama verib. Trampın sözlərinə görə, ABŞ-da hələ Navalninin zəhərlənməsinə dair dəlillər yoxdur.