Lənkəran sakini ehtiyatsızlıqdan yanıq xəsarəti alıb.
Unikal.org report-a istinadən xəbər verir ki, Kərgəlan kənd sakini, 1962-ci il təvəllüdlü İsgəndər Tofiq oğlu Cəfərov samovarı qaynatmaq istəyib.
O, samovarı alışdırmaq məqsədilə yanacaq kimi səhvən benzindən istifadə edib. Bu zaman əlindəki qabda olan benzin məhlulu alışaraq partlayıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan İ.Cəfərova döş qəfəsinin, sağ əlin 2-ci, 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.