Amerikalı müğənni Britni Spirs 57,4 milyon dollarlıq sərvətini atasının idarə etməsini istəmir.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, buna görə də sənətçi məhkəməyə müraciət edib. Atası isə işi əlindən verməməyə çalışır.

Britni yaşadığı psixoloji problemlərə görə 12 ildir var-dövlətinə əl vura bilmir. Atası Cemie Spirs qızının bütün işlərini özü idarə edir.

38 yaşlı ifaçının vəkili artıq Britnin səhhətinin yaxşılaşdığını, hər şeyi idarə etməyə qadir olduğunu bildirib. Məhkəmə davam edir.