“Psixologiyasına hakim ola bilməyən, tufeyli həyat yaşayan kişiciklər öz uğursuzluqlarının qisasını qadınlardan alırlar”.
Unikal.org xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva “Instagram” hesabında yazıb. Qadınlara edilən şiddətdən bəhs edən aktrisa bildirib ki, bəzi kişilər cəmiyyətin mental düşüncələrinə arxalanaraq özlərini müdafiə etmək üçün qadınlarına ləkə yaxıb namussuz damğası vururlar:
“Bu, artıq get-gedə adi hal almağa başlayıb. Acınacaqlı və çox qorxuludur. Qarşısı alınmasa, artıq heç bir qadın bundan sığortalana bilməyəcək. Əgər qadın və kişi həqiqətən xəyanət edibsə, cinayət məsuliyyətinə cəlb olunsun. Qadın hüquqlarını müdafiə edən qurumlar ayılmalı və müvafiq tədbirlər görməlidirlər. Qadın qətllərinə son deyilməlidir, cəzalar sərtləşdirilməlidir”, – deyə aktrisa bildirib.