Sentyabrın 7-də UNEC-in təşkilatçılığı ilə “Xarici dilin distant tədrisinin təkmilləşdirilməsi imkanları-2020” mövzusunda onlayn beynəlxalq konfrans keçiriləcək.

Unikal.org xəbər verir ki, beynəlxalq konfransda ABŞ-ın aparıcı universitetlərinin alimləri xarici dilin distant tədrisinin təkmilləşdirilməsi yolları, onlayn mühitdə tədris və öyrətmə, onlayn tədris kontekstində tələbələri cəlb etmə, müasir təhsilalanlar, effektiv dərs kitabları və onlayn tədris mövzularında çıxışlar edəcəklər. Konfransın moderator UNEC-in “Xarici dillər” kafedrasının dosenti, ABŞ-ın Fulbrayt proqramının məzunu Sevinc Ələkbərzadədir.

Beynəlxalq konfrans UNEC-in rəsmi Facebook səhifəsi (https://www.facebook.com/unecedu/) üzərindən Bakı vaxtı ilə saat 18:00-da, ABŞ vaxtı ilə səhər 09:00-da canlı yayımlanacaq.

Beynəlxalq konfransda izləyicilərin sualları da cavablandırılacaq.

Xarici dili daha maraqlı, interaktiv və keyfiyyətli tədris etmək istəyən hər kəsi konfransa qoşulmağa dəvət edirik!