Ötən gün sosial şəbəkələrdə Balaxanı qəsəbəsində çoxsaylı vətəndaşların bir yerə yığışmasını əks etdirən video yayılıb. Məlum olub ki, həmin izdihamı son günlər qəsəbənin xarici görünüşünün dəyişilməsi ilə əlaqədar orada foto çəkdirmək istəyən şəxslər yaradıb.
Balaxanı icra nümayəndəliyindən Unikal.org-a verilən məlumata görə, izdihama səbəb Balaxanıya təşkil edilən ekskursiya olub:
“Toplaşanlar kənd camaatı idi. Onlar qəsəbədə yaradılmış şəraitlə tanış olublar. Bu zaman da fotossesiya etmək istəyiblər. Yəni dünənki toplaşmada hər hansı başqa məsələ yoxdur”.