Grandmart supermarketlər şəbəkəsi Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə həyata keçirilən yardım aksiyasında iştirak edir.

Unikal.org xəbər verir ki, bu gözəl təşəbbüs vasitəsi ilə 3500 ailəyə 7000 ərzaq qutusu hazırlanıb. 

Həmçinin ABŞ-ın Azərbaycandakı rəsmi səfiri cənab Li Litzenberqer hazırlıq prosesində birbaşa olaraq iştirak edib və görülən işlərlə şəxsən tanış olub. 

Prosesləri yüksək səviyyədə qiymətləndirən cənab Litzenberqer Grandmart supermarketlər şəbəkəsi və Qızıl Aypara Cəmiyyətinin iş birliyinin nümunəvi və örnək addım olduğunu bildirib.

Qeyd edək ki, bu tip iş birlikləri ehtiyacı olan ailələrə yardım etməklə yanaşı ölkəmizin beynəlxalq səviyyədə nüfuzuna dəyər qatmaqdadır. Grandmart şəbəkəsi bu dəyərin bir hissəsi olmaqdan qürur duyur.