Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 7-nə olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.
Unikal.org xəbər verir ki, hazırda xəstələrin 139-u reanimasiyadadır. 12 xəstə isə süni tənəffüs cihazına qoşulub.
Ümumilikdə 2 030 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 37 418 nəfərə, sağalanların sayı 34 837 nəfərə, vəfat edənlərin sayı isə 551 nəfərə çatıb.