Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən tədris planları təsdiq olunub.
Unikal.org xəbər verir ki, sosial şəbəkələrdə yayılan cədvəllərdə ibtidai siniflərin dərsinin 25 dəqiqə davam edəcəyi əks olunur.
Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu isə deyib ki, məktəblərdə bir akademik saat 45 dəqiqə olacaq və bu, dəyişməyəcək: "Çünki şagirdlər intensiv şəkildə çalışacaqlar və bəzən bir neçə dərsi bir dərs ərzində öyrənəcəklər. Ona görə də dərs saatının müddəti dəyişməyəcək”.
V. Yaqublu deyib ki, virtual dərslərin müddəti isə 30 dəqiqədən çox olmamalıdır.