“Son günlərdə bir neçə məktəbin açılması, universitetlərin yeni kampuslarının istifadəyə verilməsi bir daha onu göstərir ki, dövlətimiz təhsilə xüsusi qayğı göstərir”.
Bu sözləri Unikal.org-a açıqlamasında millət vəkili Musa Qasımlı deyib.
Millət vəkili bildirib ki, Azərbaycanda son illərdə təhsil sahəsində köklü islahatlar həyata keçirilib: “Son illərdə ölkəmizdə heç bir zaman rast gəlmədiyimiz sayda yeni məktəblər tikilib, köhnələri təmir olunub, eləcə də ən ucqar dağ kəndlərində modul tipli məktəblər quraşdırılıb. Bu məktəblərin müvafiq maddi-texniki bazası var, eyni zamanda informasiya texnologiyaları ilə bəlli səviyədə təmin olunublar. Son günlərdə bir neçə məktəbin açılması, universitetlərin yeni kampuslarının istifadəyə verilməsi bir daha onu göstərir ki, cənab prezidentimiz İlham Əliyevin yürütdüyü siyasətin tərkib hissələrindən biri təhsildir və dövlətimiz təhsilə xüsusi qayğı göstərir. Bildiyimiz kimi, Heydər Əliyev Fondunun xətti ilə də ölkəmizdə çoxlu məktəblər tikilib. Bu bir daha göstərir ki, millətimizin gələcəyi olan təhsilə dövlətimiz böyük önəm verir və Azərbaycan təhsilinin rəqabətə davamlılığı üçün mühüm tədbirlər həyata keçirilir”.
Dürrə Həsənova