İqtisadiyyat Nazirliyinin zəruri qayda və tələblərə əməl olunmasına nəzarət tədbirləri davam edir.
Nazirliyin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, sentyabrın 4-6-da sahibkarlıq subyektlərində aparılan monitorinqlər zamanı ümumilikdə 396 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görülüb.