Dərslər epidemioloji vəziyyətdən və məktəbdə şagird sıxlığından asılı olaraq müəyyən edilmiş qaydada təşkil olunacaq.
Təhsil Nazirliyindən Unikal.org-a bildirilib ki, tədris planlarında fənlərin tədrisinə ayrılmış saatlar (dərsdənkənar məşğələlər üçün nəzərdə tutulmuş saatlar da əlavə edilməklə) əyani və distant olmaqla tədris ediləcək.
Şagirdlərə əyani formada tədris edilməyən mövzular teledərslər və “Virtual məktəb” üzərindən keçirilən distant dərslərlə əvəzlənəcək.