Amerika kinoakademiyası “ən yaxşı film” nominasiyasına nəzərdən keçirilməsi üçün kinoların 2024-cü ildən müvafiq gəlməli olduğu inklüzivlik meyarlarının siyahısını təqdim edib.

Unikal.org xəbər verir ki, bu barədə Akademiyanın rəsmi saytında bildirilir.

Məlumata əsasən, 2024-cü ildən etibarən filmlər dörd standartdan ən azı ikisinə müvafiq gəlməlidirlər. Yeni qaydalar aktyor, rejissor və flmin ərsəyə gəlməsində iştirak etmiş digər professionalların inklüzivlik normalarına müvafiq olaraq faiz nisbətini və ya sayını müəyyən edir.

Beləliklə, aparıcı aktyorlardan heç olmasa biri və ya ikinci planın ən əhəmiyyətli aktyoru az təmsil olunan irqi və ya etnik qrupdan olmalıdır. Digər mümkün meyar - ikinci dərəcəli rolların ən azı 30% -ni LGBT, irqi və ya etnik qrupların nümayəndələri, qadınlar və ya əlillər ifa etməlidirlər. Kinorejissorlar hətta əsas süjet xəttini onlara həsr edə bilərlər.

Digər meyarlar filmin istehsalı və ya təşviqi ilə məşğul olan bu qrupların nümayəndələrinin tələb olunan minimum sayı ilə əlaqədardır. Kinematoqrafçılara ərsəyə gətirdikləri əsərin “ən yaxşı film” nominasiyasında nəzərdən keçirilməyi üçün qadınlar, LGBT, irqi və ya etnik azlıqların nümayəndələrinin staj keçmələrini və ya təhsilini ödəmələri təklif olunur.