Rusiyanın məşhur və böyük idman səhifələrindən biri (instagram.com/wrestling_russia) Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun maraqlı görüntüsünü paylaşıb.

Belə ki, Los Angelesdəki Dünya Kuboku yarışında (2015) Rusiya-Azərbaycan qarşılaşması zamanı 3-cü yer uğrunda görüşdə Cəmaləddin Məhəmmədov rəqibinə 12-1 hesabla qalib gəlir.

O bununla da ölkəmizin Dünya Kubokunda 3-cü yeri tutmasına səbəb olur.

Unikal.org xəbər verir ki, həmin həyəcanlı görüşdən o zaman böyük məşqçi olan Firdovsi Umudovun qələbə sevinci rusların da diqqətindən yan keçməyib. Sözü gedən səhifədə həmin görüntülər paylaşılıb və "Güləş üzrə məşqçi ilə ancaq atıcılıq üzrə məşqçi mübahisə edə bilər" sözləri yazılıb.