Armağan Çağlayanın verilişində qonaq olan aparıcı-müğənni Defne Samyeli "Bağışlaya bilmədiyiniz birisi varmı?” sualına cavabı gümdəmi alt-üst edib.
Bu barədə Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir. “Uşaqlıqda biri vardı, hətta iz qoymadan bir insanı necə öldürməyin mümkün olduğunu araşdırmışdım”, – deyə Defne Samyeli cavab verib.
Müğənni bildirib ki, həmin insanın yaşamağını istəmirdi: “Kaş ki uşaqlıqda öləydi. Sırf onu öldürmək üçün iz qoymadam necə adam öldürmək barədə düşündüm. O yaşımda mənim ədalət anlayışım o idi. Deməli, hər birimizin içində bir qatil yaşayır”, – deyə müğənni bildirib.