Müğənni Emma Ələkbərzadə oğlu Davidlə keçirdiyi karantin günlərindən söz açıb.
Unikal.org xəbər verir ki, sənətçi "MTV Azərbaycan"a açıqlamasında bütün günü evdə keçirdiklərini söyləyib:
"Əli uşaqlı biriyəm. Əksər vaxt evdə oluram, iş görürəm. Karantin günlərində də küçəyə çıxmadıq. Mən, Sevda (bacısı, Əməkdar artist Sevda Ələkbərzadə - red.) və Davit evdə oturduq. Çox gözəl vaxt keçirdik. Passiv olsam, heç yerə getməzdim. Əsas odur özümü yaxşı hiss edim. Hər evdə övlad olanda yorulursan. Xoş yorğunluqdur".
Efirlərə gec-gec çıxması haqda suala isə Ələkbərzadə "Kliplərim az deyil. Bu gün tez-tez klip çəkdirmək mənasızdır. Səhnəyə gələn gündən efirə az görünmüşəm. Ayda iki dəfə görünmək bəsdir. Çıxıb boşboğazlıq etmək mənlik deyil" cavabını verib.