Həyat yoldaşı ilə evliliklərinin 4 illiyi münasibətilə fotolarını "İnstagram” hesabında paylaşan, lakin izləyicilərin mənfi rəyini alan Əməkdar artist Naibə Allahverdiyeva haqqında yazılanlara sərt reaksiya verib.
Unikal.org-a açıqlama verən əməkdar artist bunların səbəbini bədbəxt insanların intiqamlarını almaq istəməsi kimi dəyərləndirib.
“Nədənsə sənət adamlarının özəlləri insanlara, səhnə həyatlarından daha çox maraqlı gəlir. Təbii ki, bunları da qabardan jurnalistlərdir. Teatrda işləyirəm, iş həyatımı qabartsalar daha çox sevinərəm. Yəqin ki, buna səbəb insanlarıın teatra maraqlı olmamasıdır. Paylaşımlara münasibətlər yaxşı da olur, ürəkbulandırıcı da. Heç kim heç nədən sığortlanmayıb və kimsə başına nə gələcəyini bilmir. Düşünürəm ki, pis rəylər yazanlar mənim ərtafımda olan insanlardır. Tamaşaçıların mənə qarşı bu cür aqresiv olmasına inanmıram. Mənfi rəy yazanların həyatı uğursuzdur. və bədbəxt insanlardır ki, onlar da intiqamlarını o cür alırlar”.
Dürrə Həsənova