PSJ "Marsel"in oyunçusu tərəfindən irqçi təhqirlərə məruz qalan Neymara dəstək olub.

Unikal.org xəbər verir ki, "Paris Sen-Jermen" bu barədə rəsmi açıqlama verib. Fransa Liqası təmsilçisi futbolda irqçiliyə yer verilmədiyini bildirərək, "PSJ rəqib oyunçunun irqçi təhqirlərinə məruz qalan Neymarı dəstəkləyir", - deyə qeyd edib.

Açıqlamada Fransa Peşəkar Futbol Liqasının vəziyyəti araşdıraraq, həqiqəti ortaya çıxarmasının gözlənildiyi bildirilib.