"Yuventus"un potuqaliyalı ulduzu Kristiano Ronaldonun yaxın zamanda evlənəcəyi iddia edilir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ronaldo sevgilisi Georgina Rodriguezə evlilik təklif etməyə hazırlaşır.
Ronaldo da bu özəl an üçün n heç bir xərcdən qaçmayıb və sevgilisi üçün bir almaz üzük alıb. İddialara görə, ulduz futbolçu tamamilə brilyantla işlənmiş üzük üçün 615 min sterlinq (təqribən 792 min dollar) ödəyib.
"İnstagram"dakı səhifələrdən biri üzüyün fotosunu paylaşıb. Georgina Rodriguez də həmin paylaşıma ürək işarəsi yazması iddiaları daha da gücləndirib.
Bundan əlavə saytlardan biri "Futbol camisindəki şəxslərin aldığı ən pahalı üzüklər" siyahısını hazırlayıb. Həmin siyahıda Ronaldonun da adı var.
Futbolçunun 615 min sterlinq dəyərində aldığı üzüyün ən bahalı üzük olduğu bildirilirb.
Ronaldo və Rodriqez 2016-ci ildən sevgilidirlər. Futbolçunun biri Georginadan olmaqla 4 övladı var.