“Warner Bros” şirkəti aktyor Hoakin Feniksi "Coker" filminin 2-ci hissəsinə çəkmək istəyir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Feniksə yenidən həmin obrazda çəkilmək üçün isə 50 milyon dollar (təxminən 85 milyon manat) təklif edilib.
“Mirror” nəşrinin məlumatına görə, aktyor təklifi qəbul edərsə, bu məbləğ onun karyerası boyunca qazanacağı ən böyük pul olacaq.
Qeyd edək ki, Hoakin Feniks “Coker” filmindəki baş roluna ötən il 4,5 milyon dollar qazanmışdı. Rejissor Todd Fillipsin lentə aldığı ekran işinin kassa gəlirləri 2019-cu ildə 1 bir milyard dolları keçmişdi. Aktyor isə “dramatik kinoda ən yaxşı aktyor” nominasiyası üzrə “Qızıl Qlobus” mükafatına layiq görülmüşdü.