Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

Unikal.org xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Ukraynanın “Dinamo” klubu doğma meydanda “Alkmaar”ı qəbul edib və inamlı qələbə sayəsində mərhələ adlayıb. Portuqaliya “Benfika”sı isə PAOK-un qonağı olub. Yunanıstan təmsilçisi rəqibini məğlub yola salıb. Belçika “Gent”i də Avstriya “Rapid”indən güclü olub.

Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” bu mərhələdəki oyununa bu gün çıxacaq. Ağdam təmsilçisi Norveç “Molde”si ilə qarşılaşacaq. Görüş UEFA-nın qərarıyla Kiprdə keçiriləcək. “Qarabağ” “Molde” səddini keçsə, pley-off mərhələsində “Ferentsvaroş” – “Dinamo” cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi

15 sentyabr

Dinamo (Kiyev, Ukrayna) – Alkmaar (Niderland) 2:0
Qol
: Rodriqes, 49. Şaparenko, 86.

PAOK (Yunanıstan) – Benfika (Portuqaliya) 2:1
Qol
: Yannopulos, 63, Jivkoviç, 75 – Silva, 90+4

Gent (Belçika) – Rapid (Vyana, Avstriya) 2:1
Qol
: Dorş, 36. Yaremçuk, 59-pen – Y.Demir, 90+3.

16 sentyabr

19:00 Omoniya (Kipr) – Srvena Zvezda (Serbiya)
21:00 Ferentsvaroş (Macarıstan) – Dinamo (Zaqreb, Xorvatiya)
21:00 Qarabağ – Molde (Norveç)
21:00 Makkabi (Təl-Əviv, İsrail) – Dinamo (Brest, Belarus)
22:30 Mityulland (Danimarka) – Yanq Boyz (İsveçrə)