“Efirlərə çıxan adamam, həyatda necəyəmsə, efirlərdə də eləyəm”.
Bu sözləri Unikal.org-a açıqlamasında Xalq artisti Məleykə Əsədova deyib. Müğənni bildirib ki, başqalarının onun haqqında nə düşünməsinə önəm vermir.
“İnanırsınız, çox mənasız yanaşmadır, kim nə düşünürsə, düşünsün mən fikir vermirəm. Efirlərə çıxan adamam, həyatda necəyəmsə, efirlərdə də eləyəm. İllərdir boyum-buxunum, kilom göz önündədir. Özümə baxımlı insanam, o, mənim daxilimin nurudur üzümə vurub. Həmişə demişəm ki, gözəllik müvəqqətidir, əsas insanın daxilidir. Gözəl düşünək ki, üzümüzə də nur gəlsin. Əsas nurumuzu itirməyək. Allah hər kəsə ürəyinə görə versin”, – deyə Xalq artisti bildirib.
Dürrə Həsənova