Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Unikal.org xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçiriləcək və saat 16:00-da başlayacaq.
Püşkatmadan əvvəl UEFA komandaları qruplara bölüb və “Qarabağ” 3-cü qrupda yer alıb. “Köhlən atlar” “Şerif” (Moldova) – “Dandalk” (Şimali İrlandiya), “Klaksvik” (Farer adaları) – “Dinamo” (Tiflis, Gürcüstan) və “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütündən birinə rəqib olacaq.
Avropa Liqası, pley-off mərhələsi
Çempionlar Yolu
Səpələnmişlər
Qarabağ (Azərbaycan)
Səpələnməmişlər
Şerif (Moldova) – Dandalk (Şimali İrlandiya)
Klaksvik (Farer adaları) – Dinamo (Tiflis, Gürcüstan)
Legiya (Polşa) – Drita (Kosovo)