Azərbaycan UEFA-nın əmsallar cədvəlində yenidən bir pillə geriləyib.
Unikal.org xəbər verir ki, bu, UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin oyunlarından sonra baş verib. "Neftçi"nin Bakıda Türkiyə "Qalatasaray"ına 1:3 hesabı ilə uduzması səbəbində aktivinə cəmi 0,125 xal yazdıra bilib.
Əvəzində "Styaua" Serbiyada "Baçka Topola" ilə görüşün əlavə vaxtında 6:6 hesablı heç-heçə etməklə, Rumıniyaya daha 0.250 xal qazandırıb. Bununla da xalını 16.325-ə çatdıran Rumıniya 25-ci pilləyə yüksəlib. 16.250 xala malik Azərbaycan isə 26-cı yerə enib.
Qeyd edək ki, hazırda Rumıniyanın 2 ("Styaua" və ÇFR), Azərbaycanın 1 ("Qarabağ") təmsilçisi avrokuboklarda mübarizəni davam etdirir.