Avropa Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"ni 3:1 hesabı ilə məğlub edərək, növbəti tura vəsiqə qazanan "Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Yuventus"un futbolçusu Marko Pyasanı transfer etmək niyyətindədir.
Məlumata görə, 25 yaşlı xorvatiyalı vinger "Cimbom"dan gələn təklifə görə, "Cenoa"ya keçməkdən imtina edib və İtaliya təmsilçisindən möhlət istəyib.
Qeyd edək ki, futbolçu ötən mövsümü icarə əsasında "Anderlext"də keçirib.