Bu gün Azərbaycan Premyer Liqasında III tura start veriləcək.
Unikal.org-un məlumatına görə, ilk oyun günündə 2 görüş baş tutacaq.
Günün ilk matçı Qəbələdə olacaq. Əyalət təmsilçisi doğma meydanda "Keşlə"ni sınağa çəkəcək. İndiyədək çempionatda 47 dəfə qarşılaşan komandaların duelində üstünlük paytaxt klubunun tərəfindədir. Bakılıların 17 qələbəsinə "qırmızı-qaralar" 13 qalibiyyətlə cavab verib. 17 oyunda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də "Keşlə" daha yaxşı göstəriciyə malikdir - 62:47. Hazırda Yunis Hüseynovun baş məşqçi olduğu kollektiv son dörd oyunda meydanı qolsuz tərk etməyib. “Qəbələ” son üç matçda xal qazanmayıb.
Günün son qarşılaşmasında isə "Sumqayıt" və "Səbail" komandaları "Bank Respublika Arena"da üz-üzə gələcəklər. Bunadək keçirilən 10 oyunda qələbə sayı bərabərdir - 4. 2 oyunda isə tərəflərdən heç biri üstünlük qazana bilməyiblər. Bu görüşlərdə "gənclik şəhəri" təmsilçisi 8, "dənizçilər" isə 9 qol vurublar. Son 4 görüşdə meydan sahibi olan komanda qalib gələ bilməyib. “Sumqayıt” evdəki 5 matçda yalnız bir dəfə qələbə qazanıb.
19 sentyabr (şənbə)
Azərbaycan Premyer Liqası
III tur
17:00. "Qəbələ" - "Keşlə"
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəhim Həsənov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu
19:15. "Sumqayıt" - "Səbail"
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
"Kapital Bank Arena"
Qeyd edək ki, tura sabah keçiriləcək "Zirə" - "Sabah" və "Qarabağ" - "Neftçi" matçları ilə yekun vurulacaq.