Nigeriyalı porno ulduz Tobiloba Jolaoşo ölkəsinin müqədəs məkanı kimi tanınan Osun-Osogbo meşəsində film çəkməsi iddiası ilə həbs edilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, “Kral Tblak HOC" adı ilə tanınan həmin porno aktyorun müqəddəs məkanda film çəkmə iddiasına aktyorun vəkilindən hələki heç bir açıqlama veriməyib. Müqəddəs meşədə çəkdiyi bəzi səhnələri sosial hesabında paylaşan aktyorun ora necə daxil olduğu isə bilinmir. Nigeriya polisi aktyorun yaxın günlərdə məhkəməsinin olacağını açıqlayıb.
Qeyd edək ki, “Osun Allahının evi” kimi tanınan həmin meşə ziyarətgah kimi tanınır, eləcə də Dünya Mədəniyyət Mirasları siyahısında da yer alır.