Aktrisa Nəsrin Cavadzadə İstanbulun Bebek səmtində obyektivlərə tuş gəlib.
Unikal.org türk mediasına istinadən xəbər verir ki, telefonla danışa-danışa yol gedən sənətçi jurnalistləri görüb özünü itirib.
Qaçmağa başlayan Nəsrinin bu hərəkətini media nümayəndələri başa düşməyiblər. Aktrisanın koronavirus infeksiyasından qorunmaq üçün maska taxmaması da diqqətdən qaçmayıb. Aktrisanın qayda pozması tənqid edilib.