"Formula 1" üzrə İtaliyanın İmola şəhərində keçiriləcək Emili-Romani Qran-prisində tribunalar qismən dolacaq.
Unikal.org-un məlumatına görə, bu barədə İmola trasının direktoru Uberto Selvatiko Estense "Autosport"a açıqlamasında məlumat verib.
O, avtodromun bütün stendlərindən istifadə etməyi planlaşdırdıqlarını bildirib: "Sosial məsafəni qorumaq üçün insan qruplarını 3 sıra oturacaqlar ayıracaq. Stendlər tamamilə açıqdır, bu səbəbdən seçim tam təhlükəsizdir. Bundan əlavə, ayrı bir parkinq planı hazırlayırıq. Ona görə azarkeşlər hər biri 1000 nəfərdən ibarət bloklara bölünəcək və hər blok bir yerdə maşın saxlaya biləcək. Bu şəkildə maksimum nəzarəti təmin edə və sağlamlıq risklərini minimuma endirə bilərik".
Qeyd edək ki, Emili-Romani Qran-prisi 31 oktyabr - 1 noyabrda gerçəkləşəcək. Bu mövsüm 11 - 13 sentyabrda keçirilmiş Toskana Qran-prisində ilk dəfə azarkeşlər iştirak edib.