Tanınmış müğənni İbrahim Borçalı rəhmətə gedən oğlu haqqında danışıb.
Unikal.org-un məlumatına görə, o, bu barədə ARB TV-nin “Elgizlə İzlə” verilişinə telefon bağlantısı ilə qoşulan zaman bəhs edib:
“Həyat çox acımasızdır. Mən oğlumu tanımadım. Tətil vaxtlarında gələrdi. Deyirdim ki, sən evdə ol, mən getdim. Son illər oğlumla ünsiyyətdə olmadım" - deyə, müğənni bildirib.
Qeyd edək ki, ifaçının 21 yaşlı oğlu Rəhim Həsənov 18 iyul tarixində avtomobil qəzası nəticəsində həyatını itirib.