Dünyaca məşhur amerikalı ifaçı Ledi Qaqa birdən-birə şöhrət qazanmasının onda intihar düşüncələri yaratdığını deyib.
Unikal.org xəbər verir ki, bu barədə o, CBS News-a müsahibəsində bildirib.
34 yaşlı ifaçının sözlərinə görə, məşhurluğun onun ruhi sağlamlığına təsir etdiyini anlayandan sonra hər gün özünü öldürmək barədə düşünüb.
“Tamamilə ümidsizləşdim, məşhur olmaqdan, ulduz olmaqdan nifrət etdim. Özümü yorğun və tükənmiş hiss edirdim”, - deyə müğənni etiraf edib. Onun sözlərinə görə, MTV Video Music Awards-ın üç mükafatına layiq görülən “Chromatica” adlı son albomu sayəsində depressiyadan çıxa bilib.