Xalq artisti Faiq Ağayev sənət adamlarına sosial şəbəkələrdə tənqidlərə münasibət bildirib.
Unikal.org-un məlumatına görə, müğənni vətənpərvərlik mövzularında sənət adamlarının paylaşım etmədikləri üçün tənqid edilmələrinə əsəbiləşib. O bildirib ki, bu cür statuslar incəsənət adamlarına qarşı nifrət oyadır:
"Yazdığınız ədalətsizlikdir. Bax, məmurların, jurnalistlərin, həkimlərin, müəllimlərin, sadə vətəndaşların səhifələrinə - eyni hal deyilmi? Bəsdir, incəsənət xadimlərində xal topladınız. Sənət adamlarını xalq düşməni etmisiniz. Kimlərəsə konkret iradın varsa, adlarını yaz, ictimai qınağa start ver, amma belə ümumiləşdirmək - açıq-aydın xalqına yalan satmaqdır. Təhlükəli və ziyanlı hərəkətdir. Başqa heç nə. Yüzlərlə incəsənət sahəsinə aidiyyatı olmayan kəslər kef və məişət məzmunlu fotolar paylaşır. Amma sən bunları görməzdən gəlirsən. İzləyicilərini nifrət hədəfi kimi sənət adamlarına yönləndirirsən".