İyul ayında Azərbaycan ərazilərinə hücum edən Ermənistan Cənubi Qafqazda möhkəm sülhə və sabitliyə aparan yolda ən əsas maneə olduğunu bir daha sübut etdi.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının videokonfrans rejimində keçən 75-ci sessiyasının iştirakçılarına müraciətində bildirib.
“Biz Birləşmiş Millətlər Təşkilatının və ATƏT-in qətnamələrinə uyğun olaraq, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət edərək, regionda münaqişələrin, xüsusən Dağlıq Qarabağdakı münaqişənin tezliklə aradan qaldırılmasının tərəfdarıyıq”, - deyə, Ərdoğan qeyd edib.