Səudiyyə Ərəbistanının hakimiyyəti bu ölkədə yerləşən müsəlman dünyasının ziyarətgahlarına COVID-19 pandemiyası səbəbindən mart ayından dayandırılan Həcc ziyarətini oktyabrın 4-dən bərpa edəcək.
Unikal.org xəbər verir ki, bu barədə “Le Figaro” nəşri Səudiyyə Ərəbistanın DİN-nin bəyanatına istinadən yazır.
Birinci mərhələdə bu ölkənin vətəndaşları və xaricilər daxil olmaqla gündəlik zəvvar sayı 6000 nəfərlə məhdudlaşacaq.
Noyabrın 1-dən etibarən ziyarətçi sayının gündə 20 000 nəfərə çatdırılması planlaşdırılır. Artım xaricdən gələn zəvvarların hesabına olacaq.