Almaniya, Slovakiya, Estoniya, Litva və Latviya Aleksandr Lukaşenkonun prezident kimi legitimliyini tanımayıb. Almaniya Aleksandr Lukaşenkonu andiçməsindən sonra da Belarusun qanuni prezidenti hesab etmir.
Unikal.org “Deutsche Welle” istinadən xəbər verir ki, belə bir bəyanatı AFR hökumətinin rəsmi təmsilçisi Şteffen Zaybert edib.
Slovakiya da Lukaşenkonın legitimliyini tanımaqdan imtina edib. Bu barədə ölkənin Xarici İşlər naziri İvan Korçok “Twitter” hesabında yazıb.
Eyni açıqlamanı Litva Prezidenti Qitanas Nauseda da verib: “Belarusda prezident seçkiləri nə azad, nə də ədalətli keçib. Onların nəticəsi qanunsuzdur. Heç bir təmtəraqlı və ya gizli mərasim bu həqiqəti dəyişdirə bilməz”.
Latviyanın XİN-nin “Twitter” səhifəsində bildirilir ki, Lukaşenkonun “gizli inauqurasiya”sı seçkilərin saxtalığını qanuniləşdirmir.
Estoniyanın xarici siyasət qurumunun rəhbəri Urmas Reynsal isə Lukaşenkonun demokratiyanın bütün prinsiplərinə zidd getdiyini qeyd edib və ölkədə sərbəst və ədalətli seçkilərə səsləyib.