Türkiyədə son sutka ərzində 72 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 1767 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 7711, virusa yoluxanlar isə 308 069 nəfərə çatıb.
Türkiyədə indiyədək 270 723 pasiyent (son sutkada 1027 nəfər) sağalaraq evə buraxılıb.