Moskvada son sutka ərzində daha 15 nəfər koronavirusdan dünyasını dəyişib.

Unikal.org  “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 5 115-ə çatıb.

Ümumilikdə Moskvada 279,4 mindən çox insan koronavirusa yoluxub, 240,4 min nəfər isə virusa qalib gəlib.