Türkiyə təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat nəticəsində axtarışda olan PKK terrorçusu tutulub.
Unikal.org xəbər verir ki, "Baver-Çektar" ləqəbli terrorçu Amasyada ələ keçirilib. O, polislərə müqavimət göstərərək üzərindəki qumbaranı partlatmaq istəyib. Lakin buna nail olmayıb.
Terrorçunun üzərindən iki saxta şəxsiyyət vəsiqəsi, eləcə də bölgədə gizlətdiyi silah və sursat aşkarlanıb.