Bu gün Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.
Unikal.org-un məlumatına görə, mərhələ çərçivəsində 34 oyun keçiriləcək.
Bir matçdan ibarət olan duellərdən 9-u Çempionlar yolunda, 25-i Əsas yolda baş tutacaq. Polşada keçiriləcək “Legiya” – “Drita” qarşılaşmasında Azərbaycan çempionu “Qarabağ”ın rəqibi bəlli olacaq.
Qonşu Türkiyənin üç klubu da növbəti sınağına çıxacaq. “Qalatasaray” “Hayduk”u, “Beşiktaş” isə “Rio Ave”ni qəbul edəcək. “Alanyaspor” səfərdə “Rusenborq”la qarşılaşacaq.
Qeyd edək ki, mərhələnin oyunlarından biri sentyabrın 23-də keçirilib.
24 sentyabr
Əsas yol
20:00. “Fehervar” (Macarıstan) - “Reyms” (Fransa)
20:00. “Viktoriya” (Çexiya) - “Sonderyuske” (Danimarka)
20:30. “Rostov” (Rusiya) - “Makkabi” (Hayfa, İsrail)
21:00. "Mura" (Sloveniya) - PSV (Niderland)
21:00. “Beşiktaş” (Türkiyə) - “Rio Ave” (Portuqaliya)
21:00. “Malmö” (İsveç) - “Lokomotiva” (Xorvatiya)
21:00. “Rusenborq” (Norveç) - “Alanyaspor” (Türkiyə)
21:00. “Şarlerua” (Belçika) - “Partizan” (Serbiya)
21:00. MOİK (Bolqarıstan) - B-36 (Farer adaları)
21:30. “Hapoel” (Beer-Şeva, İsrail) - “Motervell” (Şotlandiya)
21:30. “Styaua” (Rumıniya) - “Slovan” (Çexiya)
22:00. “Kopenhagen” (Danimarka) - “Pyast” (Polşa)
22:00. “Qalatasaray” (Türkiyə) - “Hayduk” (Xorvatiya)
22:00. “Qranada” (İspaniya) - “Lokomotivi” (Gürcüstan)
22:00. “Şkendiya” (Şimali Makedoniya) - “Tottenhem” (İngiltərə)
22:00. “Standard” (Belçika) - “Voyvodina” (Serbiya)
22:00. APOEL (Kipr) - “Zrinski” (Bosniya və Herseqovina)
22:15. “Volfsburq” (Almaniya) - “Desna” (Ukrayna)
22:30. “Bazel” (İsveçrə) - “Anartosis” (Kipr)
22:30. “Milan” (İtaliya) - “Bodo Qlimt” (Norveç)
22:30. “Sankt-Qallen” (İsveç) - AEK (Yunanıstan)
22:30. LASK (Avstriya) - “Dunayska” (Slovakiya)
22:45. “Riyeka” (Xorvatiya) - “Kolos” (Ukrayna)
23:00. “Sportinq” (Portuqaliya) - “Aberdin” (Şotlandiya)
23:00. “Villem” (Niderland) - “Reyncers” (Şotlandiya)
Çempionlar yolu
18:00. “Ararat-Armeniya” (Ermənistan) - “Selye” (Sloveniya)
19:30. “Kuopio” (Finlandiya) - “Suduva” (Litva)
21:00. “Riqa” (Latviya)/“Tre Fiori” (San-Marino) - “Seltik” (Şotlandiya)
21:00. “Yurqorden” (İsveç) - ÇFR (Rumıniya)
22:00. “Klasksvik” (Farer adaları) - “Dinamo” (Tbilisi, Gürcüstan)
22:00. “Sarayevo” (Bosniya və Herseqovina) – “Buduçnost” (Monteneqro)
22:00. “Şerif” (Moldova) – “Dandalk” (İrlandiya)
22:30. “Floriana” (Malta) - “Flora” (Estoniya)
22:30. “Legiya” (Polşa) - “Drita” (Kosovo)