Rusiya dövlət başçısı Vladimir Putinin Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.

Unikal.org-un  məlumatına görə, bunu rusiyalı yazıçı Sergey Komkov bildirib. O, bununla bağlı müraciəti Nobel komitəsinə sentyabrın 10-da göndərdiyini deyib. 

Xatırladaq ki, sentyabrın 9-da ABŞ Prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyi təklif olunmuşdu.

Qeyd edək ki, 2020-ci il Nobel mükafatlarının qalibləri oktyabrın 5-dən açıqlanmağa başlayacaq. 

Xatırladaq ki, bu il Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Nobel Sülh mükafatına ekspert qrupu tərəfindən Azərbaycandan namizəd kimi artıq təsdiqlənib.