Rusiya müxalifətinin lideri Aleksey Navalnının mənzilinə həbs qoyulub.
Unikal.org xəbər verir ki, bu barədə onun mətbuat katibi Kira Yarmış “Twitter” hesabında yazıb.
"Məhkəmə icraçıları Aleksey Navalnının mənzilinə həbs qoyublar. Bu, “Moskva məktəblisi” şirkətinin iddiası ilə əlaqədardır. İndi Navalnı mənzili sata, bağışlaya və ya girov qoya bilməz".
Yarmışın sözlərinə görə, Navalnının hesablarına da eyni vaxtda həbs qoyulub.
Qeyd edək ki, zəhərlənmə diaqnozu ilə Berlinə aparılan Navalnı bir neçə gündür xəstəxanadan çıxıb. O, hələlik Rusiyaya qayıtmayıb.