“Barselona”dan ayrılan Luis Suares klubun prezidenti Jozep Bartomeuya etiraz edib.
Unikal.org xəbər verir ki, uruqvaylı futbolçu Kataloniyadan ayrılmazdan əvvəl Bartomeu ilə mətbuat konfransı keçirib. Amma nə tədbirdən əvvəl, nə də sonra tərəflər birgə şəkil çəkdirməyiblər. İddia olunur ki, Suares Bartomeu ilə şəkil çəkdirməkdən imtina edib.
Qeyd edək ki, Suaresin “Barselona”nın rəsmi səhifələri vasitəsi ilə yayılan vida fotolarında da Bartomeu yer almayıb.
Xatırladaq ki, uruqvaylı futbolçunun klub rəhbərliyindən narazı olduğu bildirilir. O, “Barselona”dan “Atletiko”ya (Madrid) keçib