İngiltərənin “Liverpul” klubunun futbolçusu Rian Brüster komandadan getməyə qərar verib.

Unikal.org xəbər verir ki, hücumçu karyerasını “Şeffild Yunayted”də davam etdirmək istəyir.

“Brayton” və “Aston Villa”dan da təklif alan 20 yaşlı forvard Şeffild təmsilçisinə üstünlük verir. Ötən mövsümün ikinci yarısını icarə əsasında “Suonsi”də keçirən futbolçu 22 matçda 11 qol vurub.

Qeyd edək ki, Brüsterin transfer qiyməti 5,4 milyon avrodur.