"Mercedes" komandasının pilotu Valtteri Bottas "Formula 1" üzrə Rusiya Qran-prisinin qalibi olub.
Unikal.org xəbər verir ki, finlandiyalı sürücü karyerasında ikinci dəfə Soçi mərhələsində finişə birinci çatıb.
"Red Bull"un niderlandlı pilotu Maks Ferstappen ikinci, "Mercedes"də çıxış edən britaniyalı 6 qat dünya çempionu Lüis Hemilton üçüncü yeri tutub.
Hemilton "Formula 1" Qran-prilərindəki qələbə sayını 91-ə yüksəldərək, almaniyalı Mixael Şumaxerin rekordunu təkrarlamaq imkanına malik olub. Lakin o, müəyyən olunmamış yerlərdə startöncəsi məşq etdiyi üçün iki dəfə 5 saniyəlik cərimə alıb.
Ümumi sıralamada Hemilton 205 xalla 1-ci, Bottas 161 xalla ikinci, Ferstappen 128 xalla 3-cü yerdə qərarlaşıb. Konstruktorların mübarizəsində ilk 3 yeri "Mercedes" (366), "Red Bull Racing Honda" (192) və "McLaren Renault" (106) tutur.
Qeyd edək ki, növbəti Qran-pri 9 - 11 oktyabrda Almaniyada olacaq.