Azərbaycan Güləş Federasiyası orduya dəstək məqsədi ilə qanvermə aksiyası keçirəcək. 

Qurumdan Unikal.org-a bildirilib ki, federasiya rəsmiləri, məşqçilər və güləşçilər yaralı əsgər və zabitlər üçün qan verəcək. 

Qanvermə aksiyası sabah saat 15:15-də Mərkəzi Hərbi Hospitalda başlayacaq.